Beyləqan taxılçıları 46 min 112,7 ton məhsul tədarük ediblər

Taxıl biçinini başa çatdıran Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 46 min 112,7 ton məhsul əldə ediblər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən toplanmış məhsulun 40 min 521 tonu buğda, 5591,7 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 35,5 sentner, o cümlədən buğda sahələrində 36,5 sentner, arpa sahələrində isə 30,7 sentnerdir. Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır, təkrar qarğıdalı əkini həyata keçirilir.

Qeyd edək ki, Beyləqan rayonunda bu ilin məhsulu üçün 11 min 170 hektarı buğda, 1819 hektarı arpa olmaqla, 12 min 989 hektar sahədə taxıl yetişdirilib.