Neftçalada kartof sahələrindən 932 ton məhsul yığılıb

Neftçalada kartof yığımı davam edir. Əkinçilər indiyədək sahələrdən 932 ton kartof toplayıblar.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il Neftçalada 140.4 hektar sahədə kartof becərilib. Torpaq mülkiyyətçiləri becərdikləri bitkiyə nümunəvi qulluq etdiklərindən sahələrdən bol məhsul yetişib. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplamağa başlayıblar. Qısa müddətdə 110.4 hektar sahədən 932 ton kartof toplanılıb. Hər hektarın məhsuldarlığı 84.4 sentner təşkil edir. Həmçinin fermerlər 185.7 hektar bostan sahəsinin 39 hektarından 179 ton bostan məhsulları toplayıblar.

Rayonda məhsul yığımı davam edir.

Tarix: / Foodinfo