Prostatit, cinsi zəiflik, sonsuzluğa qarşı TƏBİİ DƏRMAN

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.

Antioksidantlar və sinklə zəngin olan balqabaq tumları kişi cinsiyyət sisteminə çox müsbət təsir edir – kişi cinsiyyət hormonlarının ifrazını və spermatozoidlərin hərəkətliliyini artırır, prostat vəzinə iltihabəleyhinə təsir edir, prostat vəzidə mübadilə proseslərini yaxşılaşdırır, prostat vəzi xərçənginin qarşısını alır.

Milli.Az saglamolun.az-a istinadla xəbər verir ki, xalq təbabətində kişi sağlamlığını möhkəmləndirən bir çox reseptlər var. Onlardan biri balqabaq tumu ilə balın qarışığıdır.

Resept

Yarım kq təmizlənmiş balqabaq tumunu blenderdə əzin, 1 stəkan təbii bal əlavə edin, yaxşı qarışdırın.

Qarışıqdan hər səhər yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır. Bunu daim ildə 1 dəfə edin.