Bal, qoz, çuğundur… – Orqanizm üçün faydalı 5 məhsul

Orqanizmə daxil olan maddələr bağırsaqlarda sovrulur.

Foodinfo.az xəbər verir ki, bu baxımdan bağırsaqların normal işləməsi orqanizm üçün çox vacibdir.

Bağırsaqlar üçün ən faydalı məhsulları təqdim edirik:

1. Buğda kəpəyi – bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

2. Çuğundur – bu tərəvəz bağırsaqlar üçün ən faydalı sayılır. Bərk qidalı liflərlə zəngin olan çuğundur bağırsaqları təmizləyır, disbakteriozu müalicə etməyə kömək edir.

3. Qoz – yeni elmi araşdırmalar göstərib ki, qoz düz bağırsağın xərçəng xəstəliyinin riskini azaldır.

4. Kefir – bağırsaqlarda çürümə prosesləri azaldır, mikrofloranın bərpasına kömək edir.

5. Bal – güclü iltihab və mikrob əleyhinə, yarasağaldan təsirə malik olan bal bağırsaqların selikli qişasına müsbət təsir edir. (publika.az)