Neftçalada meyvə tədarükünə başlanılıb

Neftçalanın meyvə bağlarında məhsul tədarükünə başlanılıb. Ötən il çoxillik meyvə bağlarından 2358.2 ton məhsul tədarük edən bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün meyvə ağaclarına qulluq göstərmiş, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz olunmuşdur. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, artıq neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. Qısa müddətdə bağlardan 330.8 ton məhsul götürülüb. Yığılan meyvənin 11.4 tonunu albalı, 118.4 tonunu alça, 26.6 tonunu armud,75.9 tonunu alma, 36.8 tonunu ərik, 10 tonunu şaftalı, 49.2 tonunu gavalı, 2.5 tonunu isə gilas təşkil edib.

Qeyd edək ki, hazırda Neftçalada 595.8 hektar meyvə bağı vardır ki, bunun da 96 faizdən çoxu bar verəndir.