Bu meyvə Göyçayda yetişdirildi – Min bir dərdin dərmanıdır… – FOTOLAR

Göyçay rayonunun Ərəb kənd sakini, 57 yaşlı Rafiq Xəlilov Azərbaycanda ilk dəfə “Mərsin” ağacı yetişdirməyə nail olub.

ATV.az xəbər verir ki, hind narı və konfet ağacı kimi qeyri-adi ağacları yetişdirməklə tanınan Rafiq Xəlilov, bu dəfə meyvəsindən və yarpaqlarından müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan “Mərsin” ağacından məhsul əldə edib. 35 ildir ki, bağçılıqla məşğul olan R.Xəlilov ağacın toxumlarını Gürcüstandan gətirib. Toxumları xüsusi qablarda cücərsib və şitilləri torpağa əkib.