Qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sistemi yaradılıb

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində ölkədə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal əməliyyatları üzrə “E-müraciət” və “Qeydiyyat” modulları yaradılıb.

Bu barədə Foodinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Verilən məlumata görə, aidiyyəti dövlət orqanlarına məxsus məlumat bazalarının Elektron Hökumət İnformasiya Sistemi üzərindən AQTA-nın AQTİS sistemi ilə inteqrasiyası təmin edilib. Belə ki, Vergilər Nazirliyi ilə VÖEN, Ədliyyə Nazirliyi ilə FİN məlumatların alınması üzrə, Dövlət Gömrük Komitəsinin isə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə inteqrasiya həyata keçirilib.

Tarix: / Foodinfo