Şokolad ən yayılmış xəstəliyi müalicə edir

ABŞ alimləri araşdırma zamanı sübut ediblər ki, hər gün şokolad yeməklə arterial təzyiqi normallaşdırmaq və hipertoniyanın gedişatını yüngülləşdirmək mümkündür.

Hipertoniya dünyada ən yayılmış pozulmalardan biridir. Uzun müddət ərzində mövcud olan və kontrol olunmayan hipertoniya çox ağır fəsadların inkişafına (ağır böyrək və göz xəstəlikləri, infarkt, insult) səbəb olur.

AzFood.az xəbər verir ki, mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün bir neçə tikə tünd şokoladı yeməyi tövsiyə edirlər. Nəticə artıq 1 aydan sonra görünəcək.

Nəzərinizə çatdıraq ki, söhbət məhz tünd şokoladdan gedir (tərkibində kakaonun miqdarı 70%-dan çox olmalıdır). Bu şokolad güclü antioksidantlar olan flavonol maddələri ilə zəngindir.

Tünd şokoladın digər faydalı xüsusiyyətləri arasında:

– ürək və damarların sağlamlığına müsbət təsir edir

– stressi azaldır

– qocalmanı ləngidir

– orqanimin tonusunu artırır

– sinir sisteminin hüceyrələrini qoruyur

– şəkərli diabetin riksini azaldır

– yaraların sağalmasını tezləşdirir

– görməni yaxşılaşdırır

– yaddaşı yaxşılaşdırır