Qobustan rayonunda noxud tədarükü davam edir

Qobustan rayonunda noxud tədarükü davam edir və hələlik 240 ton məhsul yığılıb.

AzFood.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsüm üçün əlverişsiz keçən hava-iqlim şəraitində 160 hektarda noxud yetişdirilib ki, bunun 130 hektarı ərzaq, 30 hektarı isə heyvandarlıq üçün yem məhsuludur. Hazırda məhsul yığımına hər gün 6-dan çox texnika çıxarılır və yığılan noxudun 195 tonu ərzaq, 45 tonu isə yem üçündür.

Qeyd edək ki, Qobustanda noxudçuluq ənənəvi təsərrüfat sahəsi hesab olunur. Son illər noxuda olan tələbat bu sahəyə marağı artırıb. Cari mövsümdə ən çox əkin aparılan Cəm-Cəmli ərazi dairəsindəki “Güc dağı” fermer təsərrüfatında, habelə Xilmilli, Sündü, Cəyirli və bir sıra digər ərazi dairələrində daha çox məhsul götürülür.