Biləsuvarda bağlardan yığılan məhsulun miqdarı AÇIQLANDI

Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən altı ayı ərzində rayonda mövcud olan 1509 hektar meyvə bağından 1716 ton meyvə toplayıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 391 ton çoxdur. Yığılmış məhsulun 197 tonunu alma, 261 tonunu ərik, 96 tonunu albalı, 989 tonunu alça, 173 tonunu isə gilas təşkil edib. Bağbanlar, həmçinin bağlardan 223 ton giləmeyvə də yığıblar.