Bu bitki baş ağrısını yox edir, sinirləri sakitləşdirir

Lavanda həm vizual gözəlliyi, həm də qoxusuna görə çoxları tərəfindən sevilən bitkilərdən biridir.

Publika.az bu gözəl bitkinin sağlamlığımıza faydalarını araşdırıb:

– Lavanda yağı ağrıları azaldır.

– Lavanda çayı qaraciyər enzimlərini – ALT və AST-nin miqdarını normaya salır.

– Yanıqların müalicəsi üçün çox yaxşı vasitədir.

– Baş ağrısını aparır. Bunun üçün bir neçə damla yağı ilə alın və gicdah nahiyəsi masaj edilir.

– Bel ağrısı zamanı lavanda yağını kokos yağı ilə qarışdırıb krem kimi çəkirlər.

– Lavanda yağı yuxusuzluq problemini həll edir.

– Lavanda çiçəklərindən çay da dəmlənə bilər.

– Lavanda sakitləşdirici təsir göstərir, sinirləri sakitləşdirir.

– Lavanda həmçinin həşərat qovucu effektə malikdir.