Adi duz koronavirusla mübarizədə yardım edir

Saglamolun.az vesti.ru-ya istinadla bildirir ki, Rusiya Səhiyyə Nazirliyi koronavirusla mübarizədə adi xörək duzundan istifadə etməyi tövsiyyə edir.

Nazirliyin mütəxəssisləri bildirir ki, duzlu su ilə burunun selikli qişasını nəmləndirmək çox yaxşı profilaktik təsir edir.

Duzlu su antiseptik təsir edir və həmçinin selikli qişalarının funksiyalarını bərpa edir. Selikli qişaların nəm olması çox vacibdir. Yalnız bu halda onlar bizi virus və mikrobların orqanizmə düşməsindən qoruya bilir.

Həmçinin həkimlər çöldən evə qayıdanda duzlu su ilə boğazı yumağı da tövsiyə edirlər. Bu virusları mexiniki olaraq yuyub aparır, onların yayılmasının qarşısını alır.

1 l qaynanmış suya 1 ç.q. adi xörək duzu əlavə edin, qarışdırılır (duz tam əriməlidir) və gün ərzində ehtiyac olduğu hallarda istifadə edin.