Təzyiqin daha bir dərmanı aşkar edilib

Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla – polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.