Yemiş tumlarından BRONXİT və ÖSKÜRƏK dərmanı

Nəfəs yollarının iltihabı zamanı çoxlu miqdarda bəlğəm ifraz olunmağa başlayır. Bəlğəm əslində qoruyucu funksiyanı yerinə yetirir – nəfəs yollarını virus, mikrob və toksinlərdən təmizləməyə yardım edir.

Lakin bəlğəm nəfəs yollarından daim çıxmalıdır, burada yığılmamalıdır. Nəfəs yollarında toplandıqda bəlğəm durğunluğa səbəb olur ki, nəticədə patogenlər sürətlə artmağa başlayır  və bu da ağır iltihaba, pnevmoniyaya gətirib çıxarda bilər. Məhz bu səbəbdən bronxit və öskürək zamanı bəlğəmgətirici vasitələri  və mümkün qədər çox maye içmək lazımdır ki, bəlğəm durulaşsın və onun nəfəs yollarından çıxaması daha asan olsun.

Xalq təbabətində müxtəlif təbii bəlğəmgətirici vasitələrdən istifadə olunur. Belə vasitələrdə biri yemiş tumlarının dəmləməsidir.

Saglamolun.az oxucularına yemiş tumlarından hazırlanmış bəlğəmgətirici dəmləmənin reseptini təqdim edir.

2 xörək qaşığı qurudulmuş yemiş tumları həvəngdəstədə yaxşı əzilir, üzərinə 1 stəkan isti su əlavə olunur, qarışdırılır və süzülür. Dəmləmə gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla yeməkdən qabaq içilməlidir. Zövqə görə bal əlavə edə bilərsiniz.