Tərtərli fermerlər məhsul yığımını davam etdirirlər

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 8202,5 ton müxtəlif növ tərəvəz məhsulları – 4250,1 ton kartof, 1873,1 ton müxtəlif növ meyvə, 47 min 160,9 ton yem bitkiləri istehsal olunub. Hər hektardan orta məhsuldarlıq kartof üzrə 112,9 sentner, tərəvəz məhsulları üzrə 129,4 sentner, yem bitkiləri üzrə isə 118,3 sentnerdir.

Tərtər rayonunun fermerləri taxıl biçinini də uğurla davam etdirirlər. Bu günədək 9908,7 hektar taxıl sahəsində, o cümlədən arpa sahələrinin hamısında, buğda zəmilərinin isə 5365,8 hektarında biçin aparılıb, 39 min 077 ton məhsul istehsal edilib. Hər hektarın məhsuldarlığı arpa sahələrində 36,2 sentner, buğda sahələrində 42,2 sentner təşkil edir.