Elvin Paşayev təltif edilib

Məlumat verildiyi kimi Prezident İlham Əliyev iyunun 23-də “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Foodinfo.az xəbər verir ki, prezidentin təltif etdiyi dövlət qulluqçuları arasında Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev də var.

Belə ki, Elvin Paşayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, E.Paşayev 16 illik iş təcrübəsi dövründə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyində kadrlar şöbəsinin sektor müdiri, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin müdiri vəzifələrində çalışıb. Bununla yanaşı E.Paşayev Dünya Bankı və Avropa Birliyinin layihələrində məsləhətçi-ekspert kimi çalışıb. Azərbaycan İnsan Resursları Assosiasiyası İctimai Birliyinin (AİRA) təsisçilərinən biridir.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.