Ana südü ilə qidalanma uşaqlarda kariyesin yaranmasına səbəb ola bilərmi?

Dünyada uşaqlar arasında geniş yayılan karies problemi və onu ana südü ilə qidalandırmaqla əlaqələndirilməsi, eyni zamanda sosial şəbəkələrdə bu vəziyyətlə bağlı ziddiyyətli məqamlar məni bu məsələni araşdırmağa və daha dərindən öyrənməyə vadar etdi.

Ana südündə olan uşaqlar hətta 1 yaşdan sonrada gecələr ana südü ilə qidalanmağa davam edirlər. Bəzi diş həkimləri ana südünun, xüsusilə gecə əmizdirmələrinin kariyesin yaranma səbəbi kimi görüb, analara uşaqları süddən kəsməyi təklif edirlər. Beş uşaq anası olaraq, təbii ki, diş sağlamlığı mövzusu bizdən də yan keçmədi. Amma demək lazımdır ki, bütün uşaqlarımı ana südü ilə bəsləsəmdə, 2 yaşda (uşaqlar bu yaşa kimi ana südü ilə qidalanıblar) kariyes bütün uşaqlarımda aşkar olmamışdır. Bu mənim şəxsi təcrübəm idi, gəlin baxaq bu haqda peşəkar stomatoloq və tədqiqatlar nə deyir.

 

Tədqiqat nəticələrinin təhlili

Doktor Joyce Sinton və həmkarları qidalanma üsulları və çürüklərin müqayisəli araşdırmasını apararaq tədqiqatçıların ana südünün dişlərə təsiri ilə niyə razılaşmadığını müəyyən etməyə çalışdılar. Ana südü ilə çürüklər arasında əlaqə tapan bir çox araşdırmada, tədqiqat metodologiyasının standartlara uyğun olmadığı və tədqiqatçıların ziddiyyətli nəticələr verdikləri qənaətinə gəldilər. Tədqiqatçılar tərəfindən tapılan məqalələrin əksəriyyəti yalnız xüsusi halların təsviri olduğuna görə, son icmalda yer almamışdılar. Tədqiqat zamanı kariyesin aşkarlandığı məlumat yalnız bir və ya bir neçə körpə haqqında idi. Bu tədqiqatlar diş çürüməsinin ana südü ilə qaynaqlandığını irəli sürdü, lakin bu həqiqətə dair heç bir dəlil verilmədi. Tədqiqatçılar, əslində çürük və ana südü arasındakı əlaqə mövzusu olmayan “klassik” məqalələrin əksəriyyətini istisna etməli olduqlarını ifadə etdilər.

Qalan tədqiqatlar çox diqqətlə müqayisə edildi və nəticədə kariyesin meydana gəlməsinə təsir edən digər amillərin laqeyd olması, məsələn, suyun floridasiyası və ya ana südündən başqa uşağa digər qida məhsullarının veriməsi səbəbindən nəticələr bir-birinə zidd olduğu qənaətinə gəldi. Tədqiqatçılar valideynlərdə “ana südü” və “effektiv diş baxımı” anlayışlarına da dəqiq bir nəticə vermədilər. Təriflərdəki qarışıqlıq aldadıcı nəticələrə səbəb olur, çünki yalnız ana südü və qarışıq qidalanma bədənə müxtəlif yollarla təsir edir. Bu cür qeyri-dəqiq təriflərin istifadəsi məsələnin öyrənilməsinə elmi olmayan bir yanaşma olduğunu göstərir.

Diş çürüməsi və ana südü ilə əlaqədar etibarlı məlumatlar çox vacibdir, çünki son zamanlarda erkən uşaqlıq çürükləri geniş yayılmışdır. Müalicənin yüksək qiyməti problemi daha da artırır. Tədqiqatçılar bəzi ölkələrdə kariyesin erkən yaşda yayılmasının epidemiya halına gəldiyini iddia edirlər. ABŞ-da uşaqlarda kariyes müalicəsinin dəyəri müalicə üçün 700-1200 dollar, dərman üçün 200-1500 dollar təşkil edir (Erickson, 1999). Həm uşağa, həm də valideynlərə dəyən mənəvi zərərin dəyəri, xüsusilə kəskin süddən ayırma əsnasında yalnız təxmin edilə bilər.

Bütün diş həkimləri və elm adamları əmizdirmənin, o cümlədən gecə vaxtlarıda, kariyesə yol açdığına əmin deyillər. Doktor Harold Slavkin tərəfindən edilən bir araşdırma, “Əhali arasında aparılan araşdırmalara əsaslanaraq uzun müddətli ana südü ilə karies arasındakı əlaqəni ortaya qoymadı.” Doktor Konstantin Oulis və həmkarları ana südü ilə qidalanmanın “profilaktik təsir göstərə və uşaqlarda kariyes inkişafına maneə törədə biləcəyi” qənaətinə gəldilər. Doktor Harry Thorney ən azı iki il ana südü ilə qidalanan 107 uşağı müayinə etdi (tədqiqat zamanı təxminən yarısı süddən ayrılmamışdı). Uzun müddət ana südü ilə qidalanmanın diş çürüməsinə səbəb olduğunu sübut edən heç bir dəlil tapmadı (Torney, 1992).

Doktor Brian Palmer, ana südü ilə qidalanmağın ən fəal dəstəkçilərindən və müdafiəçilərindən biridir. Kiçik uşaqlarda kariyesin nisbətən yeni bir fenomen olduğuna əmindir. Palmer, müxtəlif muzeylərdən hazırlanmış uşaq skeletlərini öyrəndi. Dişlərin 1.4 faizindən az hissəsi çürümə əlamətləri göstərdi. Ümumilikdə Palmer 1344 süd dişini müayinə etdi, bunlardan 19-u çürüklərdən azca təsirləndi və yalnız 4-ü (0.3 faiz) ciddi xəsarət aldı. Antropoloqlar, müasir insanların təxminən 30.000 il əvvəl meydana çıxmasına baxmayaraq, anatomik olaraq müasir insanın təxminən 100.000 ildir mövcud olduğunu düşünürlər. Eyni zamanda, kəllə sümüklərinin araşdırmaları erkən yaşda kariyesin yalnız 8-10 min il əvvəl meydana gəldiyini göstərir, bu da əvvəlki 92 min ildə gənc uşaqlarda karies olmadığını göstərir (Palmer, 2000).

Müasir süni ana südü əvəzedicilərinin (qarışıqların) və ana südünün diş çürüməsinin səbəbi hesab olunan amillərin təsirini müqayisə edən daha iki tədqiqatdan məlumatlar var. Bu araşdırmalar, insan südü ilə ən çox süni qıda arasındakı əhəmiyyətli fərqləri ortaya qoydu. Əvvəlcə ana südünün praktik olaraq ağızdakı turşuluq səviyyəsini azaltmadığı, süni əvəzedicilərin isə demək olar ki, bütün markalarının, onu azaltdığı aşkar edildi. Dişlərə dağıdıcı təsir göstərməkdə səbəbkar olan Streptokok bakteriyası, turşuluğu aşağı  olan mühitdə daha çox yayılır.  İkincisi, süni qidaların çoxu bakteriyaların aktiv böyüməsinə kömək edir,  ana südündə isə bu artım daha ləng keçir. Üçüncüsü, məlum oldu ki, süni qida əvəzediciləri diş emalını əridir, ana südü isə əksinə onu yenidən mineralaşdırır (yəni dişlərə kalsium və fosforu qaytarır). Tədqiqatçılar, bakteriyaların çoxaldığı dişlərdə başqa bir karbohidrat mənbəyi olmadıqda, ana südünün kariyesə səbəb olmadığı qənaətinə gəldi. Sınanmış süni əvəzedicilərin əksəriyyəti diş çürüməsinə səbəb olur (Erickson, 1999).

Streptococcus mutans

Çox vaxt uşaqlar valideynlərindən və ya uşaqlarına qayğı göstərən digər insanlardan Streptococcus mutans (streptokok bakteriya növü) yoluxur. İnfeksiya öpüşlər, valideynin diş fırçası ilə oynamaq və ya ümumi çəngəl qaşıqlarından istifadə etməklə baş verir. Uşağın ağzında bu halda Streptococcus mutans (S. mutans) sürətlə çoxalmağa başlayır. Bu bakteriya oxşar bakteriyaların və bir çox digər mikroorqanizmlərin böyüməsinə mane olan xüsusiyyətlərə malikdir və beləliklə uşağın ağzında üstünlük təşkil edən bakteriya halına gələ bilər. (Slavkin, 1999)

Nə qədər gec sizin uşağınız  S. mutans ilə üzləşəcəkdir, o qədər erkən yaşda kariyesin yaranma ehtimalı azalacaqdır. Ümumi bıçaq və diş fırçası istifadə etməyin. Heç vaxt uşaqların əmzik və şüşə butulkalarını yalamayın. S. mutansın turşuluğu aşağı səviyyəli olan bir mühitdə ən yaxşı inkişaf etdiyini bilmək, ağzınızda artan turşuluq səviyyəsini qorumaq üçün vacibdir. Bu, ağızda sağlam bir bakterial ekosistemin qorunmasına kömək edəcəkdir (Slavkin, 1999). Yuxarıda qeyd edildiyi kimi, süni qidalar ana südündən fərqli olaraq ağızdakı turşuluq səviyyəsini aşağı salır, buna görə uşaqları formula ilə bəsləməmək daha yaxşıdır. Əlavə qidalanma mümkün deyilsə, süni əvəzedicilərindən qidalanandan dərhal sonra körpənizin dişlərini fırçaladığınızdan əmin olun.

Həzm zamanı ağızdakı turşuluq səviyyəsi ümumiyyətlə azalır, yemək yedikdən sonra tədricən artır. Yeyib-içdiyimiz zaman tüpürcək, bütün qidalarda olan daha sadə şəkərlərə qədər qida parçalanmağa başlayır. Şəkər, öz növbəsində dişlərin üstünə düşür, bakteriyaları qidalandırır, onların çoxalmasına kömək edir və ağızdakı turşuluq səviyyəsini aşağı salır. Turşuluğun azalması ilə minerallar diş emalından yuyulur. Yemək arasında tüpürcək normal turşu balansını bərpa edir. Artıq qeyd edildiyi kimi, ana südü diş emalını minerallaşdırır, uşaqların dişlərini gücləndirir və diş çürüməsinin qarşısını alır.

Doktor Palmer “ana südünün bəzi komponentləri dişlərinizi diş çürüməsindən də qoruya bilər. Beləliklə, IgA və IgG immunoqlobulinləri S. mutansların böyüməsinə maneə törədə bilər. S. mutans, ana südünün əsas komponenti olan laktoferrinin bakterisid təsirinə də həssasdır. ”

2020-ci il aprel ayında  Avstraliya tədqiqatçıları tərəfindən maraqlı bir araşdırma aparıldı. Alimlər bir qrup Avstraliya məktəbəqədər yaşlı uşaqları müayinədən keçirtdi. Tədqiqatda ana südünün verilmə müddəti (3, 6, 12 və 24 ay), 1 və 2 yaşlarında uşaqların qəbul etdiyi təxmini şəkər miqdarı nəzərə alınmışdı. Və nəhayət, bütün uşaqlar erkən kariesin yayılmasını təyin etmək üçün 2-3 yaşında standart bir diş müayinəsindən keçdilər.

Araşdırmada sosio-demografik amillər və şəkər qəbulu nəzərə alınmaqla, erkən uşaqlıq kariesi və ana südü ilə qidalanma müddəti arasındakı əlaqə üçün yayılmış əmsalları meydana gətirdi. Nəticədə, bir ildən sonra ana südü ilə diş çürüməsi, habelə gecə əmizdirmələrinin  kariyes və ana südü ilə əlaqənin olmadığı ortaya çıxdı. Erkən uşaqlıq çürükləri ilə birbaşa əlaqəli yeganə amillər yüksək şəkər qəbulu və sosial-iqtisadi  amillər idi. Bir yaşdakı körpələrin çoxu 18 və ya 24 aylıq olduqlarında ana südü ilə  qidalanmağı dayandırdılar.

Alimlərin verdiyi nəticə: ana südü ilə qidalanma təcrübəsi kariyeslə əlaqəli deyildi. Bu araşdırmada ana südü ilə qidalanmanın geniş faydaları və davamlı ana südü ilə qidalanmanın az yayılması nəzərə alınaraq, ana südü ilə qidalandırmanın məhdudlaşdırılması tövsiyələri haqlı deyildir və ana südü ilə qidalanma qlobal və milli qaydalara uyğun təşviq edilməlidir.

“Erkən uşaqlıqda kariyes hallarını azaltmaq üçün sərbəst şəkərdə yüksək olan qidaları məhdudlaşdırmaq üçün daha çox səy tələb olunur.”

Gülarə Rüstəmova
Uşaq psixoloqu, əmizdirmə məsləhətçisi