Qurban bayramı ilə əlaqədar yarmarkalar keçiriləcək

Kənd Təsərüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC Qurban bayramı ilə əlaqədar Bakı və onun ətrafındakı 15 ünvanda “Kənddən Şəhərə” yarmarkalarının keçirilməsi üçün açıq tender elan edib.

Foodinfo.az xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 8-i, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 17-i, saat 11:00-a qədər dövlət satınalmalırının vahid internet portalı vasitəsilə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyulun 12-də, saat 12:00-da portalda açıqlanacaq.

Tarix: / Foodinfo