Azərbaycan düyü idxalını 40%-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 19 milyon ABŞ dolları dəyərində 28,7 min ton düyü idxal edib.

Foodinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyon ABŞ dolları (12,5%) və 8 min ton (38,5%) çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.