AQTA ictimai iaşə müəssisələri və ərzaq satışı obyektlərində reydləri davam etdirir

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 16 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 191-i ictimai iaşə obyekti, 231-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 422 müəssisədə reyd keçirilib.
Bakı şəhəri üzrə:
Nəsimi rayonunda “Şəki” və “Ailəvi” restoranları
Suraxanı rayonunda “Xəzər” kafesi
Xəzər rayonu Türkan kəndində “Türkan” restoranı
Nərimanov rayonunda “Abu” market
Digər rayon və şəhərlər üzrə:
Abşeron rayonu Novxanı kəndində “As-Araz”, “Al market”, “Grandmart” market
Xırdalan şəhərində “Beyazit Lahmacun” restoranı, fiziki şəxs Məmmədov İlqar Həsən oğluna məxsus kafe
Sumqayıt şəhərində fiziki şəxs Əhmədova Xavər Məmməd qızına məxsus kafe
Bərdə rayonunda fiziki şəxs Quliyev Mədət Malçı oğluna məxsus yeməkxana, fiziki şəxs Nəsirov Mirzə Balaca oğluna məxsus “Şuşa” kafesi, “Yaşıl” və “Sahil” kafeləri, fiziki şəxs Məmmədov Rafiz Saqif oğluna məxsus market
Ağsu rayonunda fiziki şəxs Əhmədov Yalçın Əmiraslan oğluna məxsus kafe, fiziki şəxs Rafiqli Rəvana məxsus yeməkxana
Qazax rayonunda “Göyəzən”, “Köz dönər”, “Palma”, “Göyçə” restoranları, “Anar” market
Quba rayonunda “Alma”, “Yüksəl”, “Ay işığı” restoranları, “Princes” market
Şəmkir rayonunda “Alaxantallı”, “Ozan”, “Sərin”, “Murad”, “Uğur”, “Görüş” kafeləri, “Ceyhun”, “Əli”, “Ələkbər” və “Elmir” marketlər, fiziki şəxs Məmmədov Rövşən Hidayət oğluna, Kamilova İradə Fərhad qızına məxsus marketlər
Ucar rayonunda “Nuş olsun” və “Yay” kafeləri
Xaçmaz rayonunda “Çinar” restoranı, fiziki şəxs Müslümov Emin Ağasbala oğluna məxsus “Euro” market
Göyçay rayonunda fiziki şəxs Əliyev Ceyhun Əhməd oğluna məxsus market
Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Aləm”, “Qızılhacılı”, “İdeal”, “Al market”, “Kral”, “Çökək”, “Aysberq” və fiziki şəxs Novruzov Ziya Qəhrəman oğluna məxsus market
Oğuz rayonunda fiziki şəxs Əhmədov Qəşəm İzmət oğluna məxsus market
Qəbələ rayonunda Səbzəliyev Daşqın Nizami oğluna məxsus market
Balakən rayonunda Umarova Rəna və Çantayev Rahiləyə məxsus market
Lənkəran şəhərində Əliyev İlham Yusif oğluna və Mövsümzadə Mövsüm Əlisahib oğluna məxsus market
Sabirabad rayonunda Abdullayev Bilal, Abbasov Arzu, Zeynalov Arzuya məxsus marketlər, Cavad kəndində fəaliyyət göstərən “Mehrac” və “Oba” marketlər
İmişli rayonunda “Məhəmməd”, “Dostlar”, “Rəşad”, Ağsu şəhərində fiziki şəxslər – Əsgərov Lətif Mehman oğlu, Ələkbərov Nəsir Adil oğlu, Əliyev Cavanşir Əyyam oğlu, Hüseynov Arif Nəriman oğlu, Həşimov Elnur Oktay oğlu, Cəbrayılov Elçin Füzuli oğluna məxsus marketlər daxil olmaqla reyd keçirilən 232 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.
Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Tarix: / Foodinfo