Astarada 4356 hektar sahədə yazlıq bitkilər əkilib

Astara rayonunda indiyədək 4356 hektar sahədə yazlıq əkin aparılıb. Əkin sahəsinin 589 hektarını dənli və dənli paxlalılar, 190 hektarını dən üçün qarğıdalı, 1033 hektarını kartof, 1983 hektarını tərəvəz, 394 hektarını bostan bitkiləri, 165 hektarını yonca və 1 hektarını dən üçün günəbaxan təşkil edir.

Bu barədə Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.

Bildirilib ki, dənli və dənli paxlalıların 4 hektarını (0,7 faiz) yazlıq buğda, 17,0 hektarını (2,9 faiz) yazlıq arpa, 176 hektarını (29,9 faiz) çəltik, 392 hektarını (66,5 faiz) paxlalılar təşkil edir.

Rayonda 1983 hektarda əkilən tərəvəz məhsullarının 448 hektarı (22,6 faiz) soğan, 169 hektarı sarımsaq (8,5 faiz), 44 hektarı kələm (2,2 faiz), 337 hektarı xiyar (17 faiz), 446 hektarı pomidor (17 faiz), 539 hektarı (27,2 faiz) digər tərəvəz sahələridir.