Bu vitamin koronavirusun ağır fəsadlarını azaldır

Yeni elmi araşdırmalar göstərir ki, K vitamini koronavirusun ağır fəsadlarının və bu infeksiyadan ölümün riskini azaldır.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bu haqda Niderlaland alimləri xəbər verib. Onların müşahidələrinə görə, koronavirusun ağır gedişatı müəyyən dərəcədə K vitamininin orqanizmdə aşağı səviyyədə olması ilə bağlıdır.

K vitamini orqanizmi xərçəng, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərindən qoruyur, immun sisteminin normal fəaliyyəti və bağırsaqların mikroflorası üçün çox vacibdir.

K vitamininin əsas mənbələri:

– ispanaq

– kələmin bütün növləri

– qulançar

– noxud

– mərci

– süd

– kesmik

– pendir

– zeytun yağı

– qara gavalı

– moruq

– banan

– kivi.

 

Tarix: / Foodinfo