Ağciyər xəstəlikləri və pnevmoniyaya qarşı pəhriz – Menyu və qidalar

Ağciyərlərin iltihabı olan, xüsusən koronavirusun ağırlaşması kimi xəstələri öldürən pnevmoniyanı pnevmokokk bakteriyaları yaradır. Onlar dərmanlara alışır, onlardan güclü çıxır, müalicələrə asanlıqla təslim olmur. Amma ağciyərlərin digər xəstəlikləri də var: vərəm, plevrit, bronxit, astma və s.
Bu zaman müalicə ilə yanaşı dietarapiya, düzgün qidalanma və maye qəbulu vacibdir. Qəribə də olsa ağciyərlərdən qida və sudan çox asılıdır.
Medicina.az pnevmoniya və ağciyər xəstələri üçün xüsusi menyu və faydalı qidaları təqdim edir. Bu pəhriz nümunələri elə siz də ağciyərlərin sağlamlığı üçün tətbiq edə bilərsiz.
Lazımi ərzaqlar:
Kartof püresi, pomidor şorbası, pomidor suyu, yabanı düyü, perlova ilə tərəvəzli şorba, mannı, kəsmikli piroqlar, omlet, üzümlü yoqurt.
Xəstələrə A vitamini ilə zəngin qidalar çox lazımdır. Bunlar yumurta sarısı, yaşıl soğan, kərə yağı, kök, yemişan,qırmızı bibər, göyərtilər, mal qaraciyəri
Müalicə dövründə C vitamini ilə gücləndirilmiş, yəni limonlu, sitrus meyvəli, giləmeyvəli 2 litr su sutka ərzində içilə bilər.
Bitki çayları, itburnu dəmləməsi, mors, kompotlar, kisellər.
Qadağan olunan məhsullar:
Allergen məhsullar, şəkər, şirniyyat, qazlı içki, rəngli qidalar, süd, qəhvə, tünd çay, acılı souslar, ədviyyatlar, alkoqol, çox yağlı qidalar, qızarmalar.
Sutka ərzində duzun miqdarı 7 qr çox olmamalıdır.
Hazırlanan yeməklər çox xırda tikələrə doğranmalı, duru və sulu yeməklər blenderdən püre halına salınmalıdır.
Gündəlik menyu nümunələri:
Səhər yeməyi: qarabaşaq sıyığı suda – 200 qr, yaşıl çay – 200 ml, banan 1 ədəd
Saat 12:00- Kefir, qatıq bir stəkan
Günorta: tərəvəz şorbası toyuqlu, kartof püresi – 100 qr, pomidor xiyar salatı – 100 qr, itburnu çayı
Günarası: meyvə, çay, kompot
Axşama: makaron, mal ətindən küftə, meyvə kompotu
Variant 2
Səhər: qayğanaq, pendir, itburnu çayı, kərə yağı çörəklə
Günorta: vermişel şorbası mal bulyonunda, kələm qovurması, kompot
Günaşırı: alma şirəsi, kəsmik
Axşama: Suda bişmiş düyü, hind quşu əti, pomidor, göyərti salatı. Bitki çayı
Gecə: qatıq bir stəkan