Kimlərə valerian dərmanı olmaz? – İnfarkta səbəb ola bilər

Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir.
Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Medicina.az kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.
– Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər
– Yüksək təztiq xəstələri – müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir
– Qaraciyər xəstəliyi olanlar , böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz
– Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır
– Allergiyası olanlara
– Hamilə qadınlara
Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.
Yaşlı və xəstə insanları hətta komaya sala bilər.