Baş ağrısı və başgicəllənməni aradan qaldıran MÜALİCƏVİ MƏŞQ

Şərqdən gələn bu məşq aktiv nöqtələrə təzyiq nəticəsində bədənə müalicəvi təsir göstərir.

Foodinfo.az publika.az-a istinadla oxucularını bu sadə məşqin bədənə faydaları ilə tanış edir. Məşqə başlamaq üçün ən azı 7 səbəb var:

– qan dövranını yaxşılaşdırır;

– limfanın dövranını sürətləndirir;

– damarların divarlarını gücləndirir;

– varikoz xəstəliyinin inkişafına mane olur;

– diz oynaqlarını və baldır əzələlərini gücləndirir;

– baş ağrısı və başgicəllənməni aradan qaldırır;

– yüksək qan təzyiqini normallaşdırır

– ayaq pəncələri möhkəmləndirir, yastıpəncəlik, valqus zamanı çox faydalıdır.

Bir qədər aralı dayanıb əllərinizi divara söykəyin. Daha sonra dabanları yuxarı qaldırıb barmaq uclarında dayanmağa çalışın. Bir-iki saniyə bu şəkildə dayanaraq əvvəlki vəziyyətə qayıdın.

Beləliklə, hərəkəti 20-dən 50-yə qədər təkrarlayın. Daha effektiv nəticə əldə etmək istəyirsinizsə, gün ərzində – hər səhər, gündüz və axşam məşqləri təkrarlamaq tövsiyə olunur. Bacarsanız, məşqi divardan tutmadan həyata keçirin.

Məşq faydalı olsa da, ona başlamazdan həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur!