Kvas və kolbasadan imtina edin – Məşhur dietoloqdan SOS

Arıqlamaq istəyənlərə kvası ayranla, mayonezi qatıqla, kolbasanı isə toyuq əti ilə əvəz etmək məsləhət görülür.

Publika.az xəbər verir ki, bu barədə Moskva Şəhər Sağlamlıq İdarəsinin baş qidalanma mütəxəssisi Antonina Starodubova məlumat verib.

“Kolbasa, vetçina kimi ət məhsullarını az yağlı qaynadılmış ət və ya quş əti növlərinə (toyuq, yaxud hinduşka) dəyişmək daha yaxşıdır. Okroşkaya çox miqdarda duz, yağlı mayonez və ya digər souslar əlavə etmək tövsiyə edilmir. Az yağlı xama və ya təbii qatıqdan istifadə etmək daha yaxşıdır”, – deyə dietoloq bildirib.

Kvasın ayran və ya kefir ilə əvəz edilməsinin əsas səbəbi tərkibindəki sağlamlıq problemlərinə yol aça bilən şəkərin yüksək olmasıdır. Onun hazırlanmasında istifadə edilən karbon qazı da bağırsağın fəaliyyətinə mənfi təsir göstərə bilər. Ümumiyyətlə, mütəxəssisin fikrincə, okroşka yüksək kalorili yemək deyil, lakin yuxarıda göstərilən tövsiyələr onu 30% azaltmağa kömək edəcək.