İnfarktdan qoruyan, öskürəyi kəsən, insanı xoşbəxt edən ŞİRNİYYAT

Tədqiqatlar şokoladın damar elastikliyini artıraraq təzyiqi azaltdığını, infarkt riskininin qarşısını aldığını ortaya çıxardı.

Bu, sərbəst radikallarla mübarizə aparan bir antioksidant növü olan flavonoidlər sayəsində baş verir.

Afina Universitetində aparılan bir araşdırma şokoladın tərkibində olan faydalı antioksidantların yalnız flavonoidlərlə məhdud olmadığını göstərdi. Tədqiqatçılar digər maddələri də ortaya çıxarmaq üçün araşdırmanı davam edirlər. Bir alma, bütöv şokolad plitkasında olan flavonoid nisbətinin 20%-ni özündə ehtiva edir.

Bir araşdırmaya görə, şokolad tərkibindəki teobromin adlı maddə sayəsində öskürəyi kəsir. Şokoladın xoşbəxtlik verici xüsusiyyətindən əlavə beynin vaqus sinirlərinin fəaliyyətlərinə müsbət təsir göstərir.

Mütəxəssislər təbii şokoladın (tərkibində kakao 70%-dən az olmamalıdır) heç bir yan təsiri olmadığına inanır. Yuxu və yorğunluq hissi verən kodeindən çox daha ləzzətli olan şokoladı seçib öskürəyinizdən rahatlıqla qurtula bilərsiniz.