Bu şəxslərə yaşıl lobya yemək olmaz

Yaşıl lobya ən faydalı tərəvəzlərdən biridir.

Kalium, maqneziumun və liflərin sayəsində yaşıl lobya ürək-damar sisteminə çox müsbət təsir edir – təzyiq və xolesterinin səviyyəsini salır, damarları təmizləyir, infarktan qoruyur.

Saglamolun.az bildirir ki, fol turşusu ilə zəngin olan bu tərəvəz qanazlığı zamanı çox faydalıdır.

Lobya orqanizmi ziyanlı maddələrdən təmizləyir, sidikqovucu təsirə malikdir.

Yaşıl lobya bağırsaqları yaxşı işlədir, qəbizlikdən azad edir.

Yaşıl lobya təbii antidepressant sayılır.

Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi xəstəliklər zamanı yaşıl lobyanın istehlakı tövsiyə edilmir. Bu xroniki qastrit, mədə və 12 barmaq bağırsağı xorası, kolit və xolesistit kimi xəstəliklərə aiddir.