Koronavirusdan ölənlərdə ən çox bu vitamin çatışmır – Mütəxəssislər rəy hazırladı

Şərqi İngiltərə Universitetinin mütəxəssisləri koronavirusdan ölənlərin ortaq xüsusiyyətlərini araşdırıblar.

XeberOxu.Az-ın məlumatına görə, araşdırma nəticəsində koronavirusdan ölənlərin böyük əksəriyyətində D vitamini əksikliyi ortaya çıxıb.

20 fərqli ölkədə aparılan araşdırmalar nəticəsində hazırlanan rəydə qeyd edilib ki, bununla belə D vitamininin əksikliyi ölüm səbəbi olaraq qəbul edilməməlidir:
“D vitamini səviyyəsinin yüksəldilməsinin ölüm riskini aşağı salmasını söyləmək hələ tezdir”, – deyə mütəxəssislər vurğulayıblar.

Araşdırmaçılar qeyd ediblər ki, karantin günləri olduğundan insanlar Günəş şüası qəbul edə bilmirlər və bu səbəbdən də D vitamini əksikliyi müşahidə edilir. Tövsiyə edilib ki, hər gün insan ən az 10 mikroqram D vitamini qəbul etməlidir.