Diqqət: Bu qidaları acqarına qəbul etmək olar – Bir şərtlə ki…

Ac olduğumuz zaman ayaqüstü yeyə biləcəyimiz, sağlam olmayan qidalara daha çox üstünlük veririk. Bu, olduqca yanlışdır. Acqarına yeyəcəyimiz qidaya xüsusilə diqqət yetirməliyik.

Acqarına yeyilməsi uyğun olan qidalar haqda məlumatı təqdim edirik:

Çiy tərəvəzlər çox faydalıdır, zəngin amin turşuları mənbəyidir. Ancaq çiy meyvə və tərəvəzləri acqarına yemək şişkinliyə, qarın ağrısına və mədənin yanmasına səbəb ola bilər.

Sitrus meyvələri, xüsusilə portağal, naringi kimi meyvələr amin turşuları ilə zəngindir. Acqarına istehlak etmək qastrit və allergik reaksiyalara səbəb ola bilər.

Yeməklərə ləzzət verən ədviyyatlar, acqarına yeyildikdə, mədəaltı vəziyə ziyan vura bilər və bu da ciddi mədə problemləri yarada bilər.

Qatıq və bəzi süd məhsulları acqarına istehlak edildikdə faydalı bakteriyaları məhv edə bilər.

Səhər yeməyi süfrəsində insanların yeməkdən zövq qaldığı pomidor yüksək miqdarda tan turşusu ilə zəngindir. Səhər pomidor yemək mədənin turşu səviyyəsini artırır. Bu, qastritə səbəb ola bilər.

Acqarına şəkər və şəkərli qidalar istehlak etmək birdən qan şəkərini yüksəldir. Bu bir müddət sonra diabetə də səbəb ola bilər.

Armud ən yüksək lif dərəcəsi olan meyvələrdən biridir. Yüksək lif dərəcəsi ilə faydalı olmasına baxmayaraq, armud acqarına istehlak edildikdə bu liflər mədəaltı vəziyə zərər verə bilər.

Səhər yeməyinə vaxt ayıra bilməyənlərin ağlına gələn ilk qidalardan biri də banandır. Ancaq acqarına yeyəcəyiniz banan qanda maqnezium səviyyəsinin sürətlə artmasına səbəb olur. Bu yüksəliş ürəyinizə də zərər verə bilər.

Teleqraf.com