Bu şəxslərə sarıkök ziyan vura bilər

Sarıkök son zamanlar bir çox problemin təbii dərmanı kimi təqdim olunur. Bir çox insan müxtəlif xəstəlikləri üçün sarıkökü qaşıqla yeyir, suda həll edib içir.

Halbuki bir çox hallarda bu ədviyyat ciddi problem yarada bilər.

Foodinfo.az milli.az-a istinadla bildirir ki, sarıkökə bir dərman kimi yanaşsaq, görərik ki, onun da əks təsirləri də var. Xüsusən nizamsız, çox dozalarda qəbul etdikdə dərmandan da zəhərli ola bilər.
Sarıkök qanı durulaşdırır, qanın laxtalanmasına mane olur. Buna görə də aspirin, qandurulaşdırıcı qəbul edənlərə və qanında laxtalanma problemi olanlara təhlükəli təsir edə bilər. Daxili qanaxma belə baş verə bilər. Varfarin, klopidoqrel və aspirin qəbul edənlərə qətiyyən olmaz.

Sarıkökün təsirli maddəsi olan kurkumin mədə şirəsi və turşuluğunu artırır. Xüsusən mədə turşuluğu, qastritə qarşı dərman qəbul edənlərə zərərlidir. Bu adamlar sarıkök də qəbul etsələr, baş gicəllənmə, köp, mədə və qarında ağrı, qida borusunda aşınma yarada billər. Omeprazol, lansoprazol, deksilant, pantoprazol dərmanları qəbul edənlərə sarıkök olmaz.

Sarıkök qanda şəkəri çox sala bilər. Əgər diabet xəstəsi insulin və dərman qəbul edirsə, sarıkök bu dərmanların effektini 2 dəfə artıra bilər. Bu da xəstənin vəziyyətini pisləşdirir: əzələ əsməsi, narahatlıq, görmədə pozuntu,səntirləmə ola bilər.

Sarıkök allergiyaya səbəb ola bilər. Allergiyası və astması olanlarda dəridə səpki, boğulma və anaflaksiya yarada da bilər. Ona görə çox ehtiyatla qəbul etmək lazımdır.