Azərbaycan duz istehsalını artırıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində 22,3 min ton insanın qidalanması üçün yararlı duz istehsal olunub.

Məlumata əsasən, qida üçün yararlı duz istehsalında ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% artım qeydə alınıb.

Bildirək ki, 1 may 2020-ci il vəziyyətinə 1 min ton hazır məhsul ehtiyatı yaranıb.

APA