Dağların zirvəsində yaradılmış çay cənnəti – FOTO

Çay bitkisi Azərbaycanda ilk dəfə 1912-ci ildə Lənkərana gətirilərək əkilib və birinci çay zavodu da 1937-ci ildə məhz bu şəhərdə inşa edilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Respublikamızda çayçılığın inkişafı isə sovet dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərinə təsadüf edir. Belə ki, 1970-1980-ci illərdə 36 min hektar sahədə çay əkilib, becərilib və 34 min tondan çox məhsul istehsal edilib. Həmin dövrdə 15 zavod tikilib istifadəyə verilib. 300 milyon əhalisi olan SSRİ-nin çaya olan tələbatının 8-10 faizi Azərbaycan çayının hesabına ödənilib.

Təəssüflər olsun ki, sonrakı dövrlərdə, xüsusən də müstəqilliyin ilk illərində bu sahəyə maraq azaldı.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə, bütün sahələrə olduğu kimi, çayçılıq sahəsinə də yeni nəfəs gəldi. Məhz Ulu Öndərin iştirakı və xeyir-duası ilə 1996-cı ildə “Azərsun Holdinq”ə məxsus “Sun Tea” çay fabriki istismara verildi.

Son illərdə kənd təsərrüfatının digər sahələrində olduğu kimi, çayçılığın inkişafı da dövlət qayğısından kənarda qalmadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilildi. Bununla da, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsalın hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün zəruri addımlar atılmağa başlanıldı.

Çayçılığın inkişaf etdirilməsi həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerinin açılmasına şərait yaratdı. Bu dövrdə ölkəmizdə çayçılığın inkişafına “Azərsun Holdinq” də böyük töhfə verdi. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq, şirkətlər qrupu bölgələrdə yeni çay sahələri saldı, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin etdi, həmçinin çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq, onların fəaliyyətinə dəstəyini verdi.

Şirkətlər qrupunun ilk investisiya layihəsi olan və Bakıda fəaliyyət göstərən “Sun Tea” çay fabrikinin illik istehsal həcmi 15 000 tondur. Burada müxtəlif çeşiddə qara çay, yaşıl çay, meyvəli çayların istehsalı həyata keçirilir. Bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları illə təchiz edilmiş çay plantasiyası da salınıb.

Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək, “Azərçay” markası ilə yerli bazarla yanaşı, dünya bazarına təqdim edən “Azərsun Holdinq” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Son illər ərzində Rusiya bazarının ən böyük çay markalarından birinə çevrilən və ümumilikdə, dünyanın 40-dan artıq ölkəsinə ixrac olunan “Azərçay” markası məhz bu sahələrdə yetişdirilərək istehlakçılara təqdim edilir. Bundan əlavə, şirkətlər qrupu üzərində “Made in Azerbaijan” qeydini daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycan çayının dünyada tanıdılması ilə qürur duyur. “Azərsun Holdinq”in “Azərçay”, “Final” çayları da öz keyfiyyəti ilə çay bazarının aparıcı markalarından hesab olunur.

“Azərsun Holdinq” çayçılığın inkişafı məqsədilə yeni plantasiyalar yaratmaqla bərabər, yerli fermerlərə də maddi yardım göstərir, yerli çayı daha baha qiymətə alaraq, çayçılığın inkişafına öz töhfəsini verir. Ümumilikdə, 4 mindən artıq fermer tərəfindən yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə, insanların sosial-rifah halının yüksəldilməsinə mühüm dəstək verilir.

Ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən “Azərsun Holdinq”ə məxsus çay fabrikləri tərəfindən bu il yetişdirilən məhsulun yığımına da artıq start verilib. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün zəruri aqrotexniki qulluğun göstərilib.