Dünyanın qeyri-adi qida məhsulları muzeyləri

Dünyanın qida sahəsi ilə bağlı qeyri-adi ekspozisiyalı muzeyləri həmişə izləyicilər tərəfində maraqla qarşılanıb.

AZƏRTAC bu muzeylərin bir qismini oxuculara təqdim edir.

Ağdam Çörək muzeyi

Azərbaycanda Çörək muzeyinin olduğunu bilirdinizmi?

Dünyanın bir çox ölkəsində çörək muzeyi var. Rusiya və Almaniyadakı çörək muzeyləri ən tanınmış muzeylər sırasındadır. Azərbaycanın Ağdam şəhərində də belə bir muzey fəaliyyət göstərib. 1983-cü ildə ilk ziyarətçilərini qəbul edib. Çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında olan bu muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeydə 2 min 800-ə yaxın eksponat var idi.

Kartof muzeyi

Münxendə yerləşən Kartof muzeyi 8 sərgi zalından ibarətdir. İnklərin sivilizasiyasından başlamış bu günümüzə qədər bu məşhur bitki barədə hər bir məlumat, məhz burada maraqlanan insanlara təqdim olunur. Muzeydə, həmçinin kartof bitkisinin kulinariyadakı əvəzsiz rolunu sübut edən Otto Etkart fondunun kitabları və traktatları saxlanılır.

Kakao və Şokolad Muzeyi

Tanınmış Belçika şokolad sənətçisi, “Godiva”nın qurucusu Joseph “Jo” Drapsın həyat yoldaşı Gabrielle Drapsın təşəbbüsü ilə 1998-ci ildə yaradılmış xüsusi bir muzeydir.

Göbələk muzeyi

Yəqin Göbələk muzeyi necə olur deyə düşünürsünüz?

1987-ci ildə Fransanın Loire vadisində istifadəyə verilən muzeydə göbələklərin yetişdirildiyi mağaraları gəzə, bütün növ göbələklərlə bağlı məlumat ala, həmçinin göbələyin dadına baxa bilərsiniz. Muzeydə, həmçinin göbələyin satışı da təşkil edilib.

Amsterdam Pendir Muzeyi

Amsterdamın gözəl tarixi və sənət muzeylərində gəzməkdən bir az yoruldunuzsa, qısa bir fasilə verib kiçik və rahat pendir muzeyinə getməyin vaxtı gəldi. Orada onlar sizə Holland pendiri istehsalının tarixi haqqında məlumat verəcək, sizin üçün müxtəlif pendirləri dadmaq imkanı yaradacaq və ənənəvi Holland fermer geyimində fotosessiya olunmağı təklif edəcəklər.

Milli Xardal Muzeyi (Mustard Museum)

Muzey ABŞ-ın Viskonsin ştatında, Xoriv şəhərində yerləşir. Baş prokurorun keçmiş köməkçisi olan Barry Levenson tərəfindən təsis və təşkil edilən muzey 1986-cı ildə Barrinin ən çox sevdiyi beysbol komandasını itirməkdən kədərləndiyi vaxt toplamağa başladığı kolleksiya əsasında yaradılıb.

1992-ci ildə ilk tamaşaçısını qəbul edən muzeydə dünyanın 70-dən artıq ölkəsindən və 50 ABŞ ştatından toplanmış 60 mindən çox içində xardal və sous olan qutu, şüşə qabı, eyni zamanda, onlarla bağlı tarixçə və xatirələr var. Marağı görən Levenson nüfuzlu işini atır və ona uğur gətirən muzeyi daha geniş bir otağa köçürür. Muzey Opri Unfrinin (Oprah Winfrey) məşhur şou proqramında iştirak edir və onun haqqında səyahət proqramlarında reportajlar yayımlanır.

Deutsches Currywurst Museum – Sosis muzeyi

Almaniyada qızardılmış köri kolbasası İtaliyadakı pizza ilə eyni dərəcədə məşhurdur. Bu yemək II Dünya müharibəsindən sonra kiçik bir yeməyin sahibi Hertha Hoyver tərəfindən icad edilib. Hər şey xüsusi bir ədviyyatlı sousla bağlıdır. İngilis qoşunlarının işğalından sonra ketçupa əlavə etdiyi isti souslar və ədviyyatlar alıb. Ekzotik bir ketçup qarışığı, Worcestershire sousu və köri ədviyyatı o günlərdə təcrübəsiz şəhər sakinləri arasında tez bir zamanda uğur qazanıb və 1959-cu ildə Hoyver sousunu patentləşdirib. Muzey bu yeməyin mənşəyinin 15 avqust 2009-cu ildə bu yeməyin 60 illiyi münasibətilə açılıb. Fərqli interaktiv zonalara bölünür. Burada yalnız maraqlı şeylər öyrənməklə kifayətlənmirsiniz, həm də qeyri-adi dizayna heyran olursunuz. 2011-ci ildə muzey dizayn sahəsində bir sıra mükafatlara layiq görülüb.

Zusatzstoffmuseum (Əlavə Qatqılar Muzeyi)

“Siz yediyiniz qidalara nələr qatıldığını bilirsinizmi?”

Hamburqda yerləşən Əlavə Qatqılar Muzeyinin işçiləri gələn ziyarətçilərə məhz bu sualı verir və elə özləri də cavablandırırlar – “Düzdür, qatqıların yeri muzeydir, qida yox”. Məhz bu şüar altında muzeydə qida qatqıları, onların yaratdığı fəsadlara həsr olunmuş müxtəlif sərgilər və tədbirlər təşkil olunur. Bu muzey arıqlamaq istəyənlər üçün xüsusilə tövsiyə olunur. Qatqılar haqqında verilən məlumatlardan sonra iştaha kəskin azalır.