Çiyələyi ziyanlı maddələrdən təmizləmək üçün BUNLARI EDİN

Ümumdünya Səhiyyə Təşkilatı 2017-ci ildə  çiyələyi ən təhlükəli məhsul bəyan edib. ÜST-nın məlumatlarına görə, çiyələkdə digər meyvə və tərəvəzlərlə müqayisədə ən çox pestisidlər toplanır.

Bu maddələr çiyələyin yetişdirilməsi zamanı istifadə olunur. Pestisidlər insan orqanizminə çox mənfi təsir edir, xüsusilə bu cinsiyyət, immun və sinir sistemlərinə aiddir. Həmçinin pestisidlər xərçəngin riskini də artırır.

Çiyələk qida zəhərlənmələrinə səbəb olan məhsullar arasında ilk yerlərdən birini tutur. Xüsusilə uşaqlar çiyələkdən tez-tez zəhərlənirlər. Bunun səbəbi də çiyələyin kimyəvi maddələrlə “zəngin” olmasıdır.

Foodinfo.az bildirir ki, qida zəhərlənmələri çox təhlükəlidir və bəzi hallarda hətta ölümə səbəb olur.

Bəs çiyələyi ziyanlı maddələrdən, pestisidlərdən təmizləmək üçün nə etmək lazımdır? Bu çox asandır. Çiyələyi adi soda əlavə olunmuş suda 15-20 dəqiqə ərzində saxlayın, sonra axar suyun altında yaxşı yuyun. Bu çiyələkdə olan ziyanlı maddələrin miqdarını 70%-ə qədər azaltmağa yardım edir.

Saglamolun.Az