“Bravo” market uşaq yeməklərini bahalaşdırıb

“Apteklərdə 3.50 AZN-ə satılan “Heinz” və “Nestle” uşaq yeməklərini “Bravo” marketdə əvvəlcə 4.59-a satmağa başladılar. İndi isə artıq 4.89 AZN-ə satırlar. Məlum vəziyyətdən istifadə edib, uşaq yeməyi kimi vacib qidalarda süni qiymət artımı edirlər.”

Foodinfo.az xəbər verir ki, bunu vətəndaşlardan biri sosial şəbəkələdə paylaşıb. O, deyir ki, uşaq yeməklərinin süni şəkildə qiymətinin artırılması mövcud vəziyyətdə sui-istifadədir.