Piylərin yandırılmasını sürətləndirmək üçün 6 TÖVSİYƏ

Sizə tanınmış almaniyalı qida mütəxəssissi, professor Andreas Pfayferin orqanizmdə piylərin yandırılmasını sürətləndirmək üçün tövsiyələrini təqdim edirik.

“Düzgün qidalanma və fiziki aktivlik piylərin yandırılmasını sürətləndirən əsas 2 amildir”, – professor qeyd edir.

Alimin sözlərinə görə, bunun üçün ilk növbədə normal qidalanmaq lazımdır. İnsan çox ciddi pəhrizlər  tutur, ac qalırsa, orqanizm “qənaət rejiminə” keçir və maddələr mübadiləsini zəiflədir. Bu zaman piylərin parçalanması ləngiyir, əzələ kütləsi azalmağa başlayır. Əzələlər piylərin yandırılmasını sürətləndir, “qənaət rejimində” isə bu orqanizmə lazım deyil.

Professorun sözlərinə görə, piylərin yandırılmasını sürətləndirmək üçün bunları etmək lazımdır:

1. Səhər yeməyi tamdəyərli olmalıdır. Bu maddələr mübadiləsini sürətləndirir. Həmçinin səhər yeməyindən imtina etməyən insanlar nahar zamanı daha az qida qəbul edirlər.

2. Kifayət qədər zülal qəbul edin. Bu əzələ kütləsinin artmasına kömək edir. Əzələ kütləsi nə qədər çoxdur piylər də bir o qədər tez əriyir. Həmçinin karbohidratlardan fərqli olaraq zülal orqanizmdə piyə çevrilmir.

3. Lifli qidaların (meyvə, tərəvəz, göyərti, paxlalılar və s.) qəbulunu artırın. Lifli qidalar orqanizmdə şəkərin səviyyəsini normada saxlayır. Şəkər kəskin düşəndə insan aclıq hiss edir.

4. Yeməklərə istiot əlavə edin. İstiotun tərkibində olan kapsaisin maddəsi piylərin yandırılmasını və mübadilə proseslərini sürətləndirir.

5. Emal olunmuş qidalardan (kolbasa, sosis, fast-fud və s.) imtina edin. Yalnız təbii qidaları qəbul edin. Emal olunmuş qidalar yağ və şəkərlə zəngindir .

6. Dəmirlə zəngin olan qidaları qəbul edin. Orqanizmdə dəmirin çatışmazlığı mübadilə proselərinin zəiflədir.

Saglamolun.Az