“Azərsun Holdinq”də – YENİ TƏYİNAT

Tanınmış maliyyəçi və peşəkar təlimçi Namiq Əlizadə “Azərsun Holdinq”də yüksək vəzifəyə təyinat alıb.

FED.az xəbər verir ki, Namiq Əlizadə bundan sonra şirkətin Baş mühasibi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Namiq Əlizadə maliyyə və vergi uçotu üzrə təlimçi və mütəxəssidir. İqtisad üzrə fəlsəfə doktoru olmaqla yanaşı, bir çox “ACCA” sertifikatlarına sahibdir. Həmçinin, peşəkar təlimçilik və “UNEC”də magistratura pilləsində müəllimdir.