İftara suşi sifariş verdi – 7 saata gəlmədi – Bakıda

Müştəri “Tokyo Sushi”nin xidmətindən narazılıq edib. Foodinfo.az xəbər verir ki, bu barədə müştəri sosial şəbəkə hesabında məlumat yazıb. Bildirib ki, Tokyosushi.az saytı vasitəilə günorta 13:00 radələrində iftar üçün suşi sifariş edib. Həmçinin axşam saat 8-ə qədər sifarişin çatdırımasını xahiş edib. 7 saatdan sonra müştəri yenidən restoran ilə əlaqə saxlayaraq iftara 1 saat qaldığını və sifarişin hələ də çatdırılmadığını bildirib. Restorandan isə bildiriblər ki, sifarişi çatdıra bilməyəcəklər.

Ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün online sifarişlə işləyən restoranların müştərilərlə bu cür rəftarı anlaşılmazdır.

Nərgiz