Koronavirus qidadan keçir? – RƏSMİ AÇIQLAMA

Bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır.

Koronavirus yayılmasına şərait yaradan bir çox amil var. Bunlardan ən əsası mikrobların tənəffüs yolu ilə insandan-insana keçməsidir.

Ən çox müzakirə olunan məsələlərdən biri isə koronavirus qida məhsulları ilə yoluxub yoluxmamasıdır.

Ümundünya Səhiyyə Təşkilatı bu məsələyə aydınlıq gətirib.

ÜST-ün rəsmi saytında yerləşdirilən məlumata görə bu günə kimi heç bir ölkədə qidadan koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Bununla belə ÜST yenə də ehtiyyatlı olmağı tövsiyə edir.

ÜST ət məhsullarının – toyuğun, yumurtanın çox bişirilməsini, bütün məhsulların təmiz yuyularaq istifadəsini tövsiyə edir.

Bundan əlavə sulu yeməklər də 70 dərəcəyə qədər qaynadılmalıdır.

Tarix: / Foodinfo