Rusiyada eyvanda kabab bişirən çinli 2000 rubl cərimələndi

Rusiyada Çin vətəndaşı eyvanda kabab bişirdiyinə görə cərimələnib. Foodinfo.az xəbər verir ki, hadisə Xabarovsk diyarında baş verib. Bu barədə “TASS” agentliyi məlumat yayıb.

Məlumata görə, hündür mərtəbəli binanın sakinləri 5-ci mərtəbənin eyvanından çıxan tüstüyə görə yanğınsöndürənləri çağırıblar. Çağırılan ünvana gələn mütəxəssislər, çinlinin qonaqları ilə birgə manqal yandırdıqlarını görüblər. O, buna görə 2000 rubl (46 azn) cərimələnib.

 

Namiq Musayev

Tarix: / Foodinfo