Karantində bu maye və dəmləmələri için – Diyetoloqlar

Özünütəcrid və karantin dövründə bol maye və su qəbulu vacibdir. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, həkim dietoloqlar adi suyun içinə meyvə və giləmeyələr qatıb içməyi tövsiyə edir. “Sutka boyu evdə qalmaq stress vəziyyəti yaratdığı üçün orqanizmə daha çox maye tələb olunur. Qan dövranı durğunlaşır, qan qatılaşa bilər. Əlinizin altında təmiz su olsun. Əgər adi suyu içə bilmirsizsə, ona ədviyyatlar, meyvə dilimləri, sitrus, hətta təzə xiyar da qata bilərsiz. Hər gün 1 stəkan itburnu dəmləməsi için. Təzə və ya dondurulmuş giləmeyvələr varsa suya atın. Bu zaman adi su meyvə turşuları, polifenol birləşmələr, efir yağları ilə zənginləşir, dadı xoşagələn olur. Ətirli otları, bitkiləri və itburnunu, yemişanın üzərinə qaynar su tökülür. Meyvə və giləmeyvələrə isə soyuq su ala bilərsiz”.