Çəyirtkələr 1 milyon insanı ölümlə üz-üzə qoydu

Efiopiyada çöl çəyirtkələrinin əkin sahələrini istila etməsi 1 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. Foodinfo.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatından açıqlama verilib. Bildirilib ki, çəyirtkələr 356 min ton taxılın məhv olmasına səbəb olub. Ümumilikdə 200 min hektar ərazi zərər görüb. (publika.az)