Alimlər koronavirusun “zəif nöqtəsini” tapdılar

Britaniyalı alimlər belə qənaətə gəliblər ki, koronavirusun qişası digər təhlükəli viruslarla müqayisədə o qədər də qalın deyil. Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu halda insan orqanizminə koronavirusa qalib gəlməyi öyrətməyin mümkün olduğunu iddia edir.

Bildiyimiz kimi, koronavirus hüceyrələrə S-zülalların vasitəsi ilə bərkiyir. SARS-CoV-2 virusunun sözügedən zülalları qlikan adlanan kiçik karbohidrat molekulları ilə örtülüdür.  Məhz onlara görə insanın immun sistemi “çağrılmamış qonaqları” tanıya bilmir. Lakin virusun üzərində qlikanlarla örtülü olmayan “dəliklər” var. “Karbohidratlar sayəsində virus özünü “xəfiyyə” kimi aparır. Lakin bizə məlum olub ki, o bunu başqa viruslarla müqayəsədə o qədər də yaxşı bacarmır”, – deyə araşdırmanın müəlliflərindən biri olan Mark Krispin bildirib. Onun fikrincə, koronavirusun “zəif nöqtəsi” üzə çıxdıqdan sonra araşdırmaçılar onunla daha səmərəli mübarizə üsulları tapacaq.