Zəm-zəm suyu koronavirusun dərmanıdırmı? – ELM ACİZDİR

Səudiyyə Ərəbistanında koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxanalarda Zəm-zəm suyu paylanır. Foodinfo.az medicina.az-a istinadən xəbər verir ki, virusa yoluxmuş xəstələrin müalicə olunduğu bütün xəstəxanalara müalicə müddətində bu suyun paylanacağı bildirilir.

Qeyd edək ki, Zəm-zəm suyu şəfalı hesab edilir. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi koronavirusun yayılması səbəbindən komendant saatı müddətinin uzadıldığını açıqlayıb. Ölkənin bir çox şəhərlərində səhiyyə müəssisələri, aptek və mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanıb. İnsanlar yalnız məcburi ehtiyaclarını ödəmək üçün evlərini tərk edə bilərlər.

Zəm-zəm suyu möcüzəsi

Dünya Səhiyyə Təşkilatının xəbərinə əsasən Zəm-zəm suyu dünyanın ən sağlam sularından sayılır. Amma müasir elm dünyası bu günə qədər də Zəm-zəm suyunun sirrini tapa bilmir. Zəm-zəm suyu başqa sulardan çox fərqlidir. Amerikada aparılan araşdırmalar sübut edib ki, bu suyun tərkibində mikro orqanizmlər və bakteriyalar olmayan yeganə sudur. 4000 ildir ki, çağlayan bulaq sonsuza qədər qurumayacaq. Zəm-zəm quyusu Ərəbistan yarımadasının ən quraq bölgəsindədir. Keyfiyyəti çox yüksək olan su daim axır və bitmək-tükənmək bilmir. Quyunun dərinliyi isə 1.5 metrdir. Suyun mənbəyinin harada olduğu araşdırılır. Amma su ilə bağlı bir çox sual ortaya çıxır və elm aləmi də bu suallar qarşısında aciz qalıb. Bu günə qədər də Zəm-zəm suyunun mənbəyi tapılmayıb. Almaniyalı alim bir dəfə Zəm-zəm suyu içib və 35 dəqiqədən sonra ağrı-acısının azaldığını, orqanizminin rahatladığını bildirib. Alim araşdırmalara başlayaraq Zəm-zəm suyunun mayala xüsusiyyətinin olduğunu müəyyən edib. Bir stəkan Zəm-zəm suyu bir iri qab suyu təmizləyir. Bir damcı su min damcı suyu təmizləyir.