Sarıkök ağciyər iltihabında kömək edirmi? – Əsl çayı belə hazırlanır?

Dünyada koronavirus pandemiyası ilə bağlı ağciyərlərin iltihabı xəstəlikləri və pnevmoniyasına yardım edəcək müxtəlif vasitələr təbliğ olunur. Onlardan biri də sarıkökdür. İnternetdə yayılan hər informasiya 100% səhih deyil. Amma sarıkök barədə çox inandırıcı məlumatlar verilir. Foodinfo.az bildirir ki, medicina.az bu qədim ədviyyatın ağciyər xəstəliklərində həqiqətən effektiv olub olmamasının elmi, tibbi əsaslarını araşdırıb. Sarıkökün xərçəngə təsiri barədə son 10 ildir müxtəlif tədqiqatlar aparılır. Daha çox siçanlar üzərində sarıkökün əsas təsiredici maddəsi olan kurkuminin orqanizmin iltihabi nöqtələrinə və hüceyrələrə təsiri öyrənilib. Artıq bəzi tədqiqatlar sarıkökün astma, ağciyər iltihabı və tənəffüs orqanları xərçəngi riskinin azaldılmasında istifadə olunmasını uyğun bilir. Amma sevinərək sarıkökükə hücum etmək lazım deyil. Kurkuma orqanizm tərəfindən çox zəif, az mənimsənilir. Qaşıqlarla sarıkök də udmaq olmaz. Bir çay qaşığı sarıkök qəbul etməklə effekt əldə etmək olmur. Sarıkök həzm sistemi ilə gedib xaric olacaq. Sarıkökdən fayda almaq üçün onu ya bir az bitki yağı ilə, ya da qara istiotla qarışdırıb qəbul etmək lazımdır. Sarıkök də təbii olmalı, tozu yox, kökünün özünü sürtgəcdən keçirmək lazımdır. Ən yaxşı fayda sarıkök kökünün çayından alınır. Yenə də hazır tozunu yox, kökünü almalısız. Kökünü rəndələyib, çay qaşığnın ucunda sarıköku üyüdülmüş qara istiot (bıçağın ucunda çox az) və 1 çay qaşığı təmiz zeytun yağı ilə qarışdırıb, üzərinə yarım stəkan su alıb, 10 dəqiqə dəmlənir. Əgər dadı acı olsa, yarım qaşıq bal qata bilərsiz. Təzə hazırlanan kimi gündə 1 dəfə gündüzlər içilir. Çox olmaz. Sarıkökün ağciyərlərə təsiri də elmi araşdırmalarla aparılır. İngiltərə, Hindistan və Çində aparılan bir neçə tədqiqat sübut edib ki, sarıkök iltihabi prosesləri tormozlayır, pnevmokokk bakteriyalarının inkişafını azaldır və xəstənin tez özünə gəlməsinə kömək edir.