Bu kəsim məntəqələrinin xidmətlərindən istifadə edin

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən küçələrdə, yol kənarlarında, anti-sanitar şəraitdə heyvan kəsimi və ət satışı fəaliyyəti qadağan olunmuşdur. COVID-19 virusunun sürətlə yayıldığı bir dövrdə heyvan kəsimi və ət satışının anti-sanitar şəraitdə, küçə və yol kənarlarında həyata keçirilməsi insan sağlamlığı üçün xüsusilə təhlükə yaradır. Odur ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları hüququ mühafizə orqanları və yerli icra orqanlarının əməkdaşları ilə birgə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydlərini davam etdirir.

AQTA-dan Foodinfo.az-a bildirilib ki, reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmayam dəmir konstruksiyalar sökülüb və ərazi dezinfeksiya olunub. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Keçirilən monitorinqlər çərçivəsində koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Agentlik vətəndaşları qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan heyvan kəsimi məntəqələrinin xidmətindən istifadə etməməyə, bu istiqamətdə ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün prosesdə aktiv iştiraka, eyni zamanda bu sahədə müşahidə etdiyi qanunsuz fəaliyətlərlə bağlı AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyə çağırır.

Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa çağırır. Qeyd edək ki, artıq respublikamızın regionları ilə yanaşı Bakı şəhərində də müasir heyvan kəsimi məntəqələrinin sayı artmaqdadır. Bakı şəhəri üzrə stasionat kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:

Nizami rayonu, H.Əliyev prospekti 92, “Bəsid” Firması

Nizami rayonu, H.Əliyev prospekti 92, “ESE” MMC

Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26

Sabunçu rayonu, Sabunçu ŞTQ, Aydınbəyov küçəsi, ev 2, mənzil 33

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1A

Səbail rayonu, Bayıl qəsəbəsi, G.Əliyev küçəsi, ev 20

Binəqədi rayonu, Şamaxı şosesi 16

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, ev 10, mənzil 56

Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, H.Saqib küçəsi, ev 27

Nizami rayonu, Ş.Kamilov küçəsi 1

Nəsimi rayonu, A.Mustafayev küçəsi 23/24

Qaradağ rayonu, Lökbatan qəsəbəsi

Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi, F/ş Həsənov Rasim Cümşüd oğlu

Nərimanov rayonu, Ə.Əliyev və Y.Çəmənzadə küçələrinin kəsişməsi, F/ş Heydərli Heydər Bahadur oğlu

Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə

Binəqədi rayonu, C. Xəndan küçəsi 52C,
Dərnəgül qəsəbəsi, Ş.Məmmədova və H.Hüseynov küçələrinin kəsişməsi

Xəzər rayonu, Binə ŞTQ, R.Əşrəfov ev 20

Sabuncu rayonu, Zabrat ŞTQ, Babək küçəsi 110H

Xətai rayonu, H.Aslanov qəsəbəsi, ev 6

AQTA bir daha vətəndaşları və heyvan kəsimi, eyni zamanda ət və ət məhsulları satışı sahəsində fəaliyyət göstərən sahibkarları qida təhlükəsizliyi tələblərinə cavab verən kəsim məntəqələrinin xidmərlərindən istifadə etməyə çağırır.

Tarix: / Foodinfo