Çinlilər söz verdi ki, bir daha it yeməyəcəklər

Çin hökuməti iti yeyilən heyvanlar siyahısından çıxarıb. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyi bunun səbəbini, dünyada itlərin dost heyvanlar və ev heyvanları kimi tanındıqları ilə əlaqədar olduğunu izah edib.

Qeyd edək ki, bu ilin fevral ayında koronavirusun yayılması ilə bağlı ölkədə vəhşi heyvanların qida kimi istifadəsi müvəqqəti qadağan edilmişdi. Onların yetişdirilməsi və satılması üçün lisenziyalar da ləğv olunmuşdu.

Hökumət qadağanı qalıcı vəziyyətə gətirəcəyi barədə söz də verib. Eyni zamanda rəsmi siyahıda olan 13 növ heyvana məhdudiyyətlər qoyulmayıb. Bunlara şimal maralı, alpaki, qırqovul, dəvəquşu və tülkü aiddir.

Heyvan müdafiəçilərinin məlumatlarına əsasən, Çində hər il 30 milyon it və 10 milyona yaxın pişik öldürülür.

 

Namiq Musayev

Tarix: / Foodinfo