“Korona”dan belə qorundu: ərzaq mağazasına hava şarı ilə girdi – VİDEO

Britaniyada qadın koronavirus pandemiyasından qorunmaq üçün hava şarının içinə girərək ərzaq almaq üçün mağazaya gedib. Foodinfo.az xəbər verir ki, qeyri-adi hadisə Hern-Bey şəhərində qeydə alınıb. Bu barədə “Mirror” portalı video yayımlayıb.

Kadrlarda, küçədə hava şarının içərisində qadının irəlilədiyi və sonra da alış-veriş üçün bir mağazaya daxil olduğu görülür.

O, hava şarı ilə ət və balıq şöbələrinin arasından rahatlıqla hərəkət edir, ancaq konserv rəflərinə dönmək istəyərkən orada sıxışıb.

Super market əməkdaşları qadının özünü qoruma üsulunu bəyənməyərək onu mağazadan qovublar.

 

Namiq Musayev