Türkiyədə təhsil alan azərbaycanlı tələbə: “Böyük supermarketlərdə ərzaq tükənib”

Koronavirus özü ilə bərabər dünyanın bir çox ölkəsinə ərzaq qıtlığı, təşviş də gətirib. Azərbaycan isə bu cəhətdən yenə bütün dünyaya örnək olmaqdadır. Ölkədə xüsusi rejim qaydaları tətbiq olunduğu gündən bütün marketlərdə ərzaq təminatı yüksək səviyyədə təşkil olunub. Azərbaycandakı vəziyyəti digər dövlətlərlə müqayisə etsək, görərik ki, aparılan düzgün iqtisadi siyasət nəticəsində ölkə bu çətin vəziyyətdən də üzü ağ çıxacaq. Elə götürək qardaş Türkiyəni. Foodinfo.az Oxu.az-a istinadən bildirir ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbə Nisə Balıyeva deyir ki, böyük supermarketlərdə ərzaq tükənib və yeniləri ilə əvəz olunmur.

İngiltərənin paytaxtı London şəhərində yaşayan həmyerlimiz də eyni vəziyyətdən gileylənib.  Onun sözlərinə görə, insanlar təşvişdə olduğu üçün daha çox un məmulatlarına üz tuturlar. Böyük marketlərdə artıq bu tip məmulatları tapmaq çətinləşib.

Avropa dövlətləri başda olmaqla bir sıra ölkələrdə koronavirusa yoluxanların və xəstəliyin qurbanlarının sayı günbəgün artır. Lakin Azərbaycanda aparılan qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmiz pandemiyanın ən az təsir etdiyi ölkələr sırasındadır.